Türkiyədə yaşlıların peyvəndlənməsinə başlanıldı - VİDEO

Türkiyədə peyvəndləmənin 2-ci mərhələsinə start verildi.

Səhiyyə Nazirliyinin əməkdaşları qocalar evində yaşayan, eləcə də səhhətində problemlər olan 90 yaşdan yuxarı şəxslərə peyvənd vurmaq üçün onların evlərinə yollanıb.

Peyvənd vurulmasına bu gün səhər saatlarında Türkiyənin 81 şəhərində başlanılıb. İlk peyvənd olunanlar sırasına 95 yaşl Rabia Yurtsevən də adını yazdırıb.

Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, ümumilikdə ölkə ərazisində 90 yaşdan yuxarı şəxslərin sayı 198 min nəfərdir. Son 6 ayda koronavirusa yoluxan şəxslər bu virus elyhinə peyvənd edilmir.

Xatırladım ki, “CoronaVac” peyvəndinin istifadəsinə 14 yanvardan başlanılıb. İlk olaraq tibbi işçiləri peyvənd olunub. Bu günə qədər 830 min çox tibb işçisinə peyvənd vurulub.

Qeyd edim ki, vaksinasiya 2 mərhələdə həyata keçiriləcək, 1 dozanın vurulduğu şəxslərə 28 gün sonra 2 doza peyvənd vurulacaq.

 

 

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

"WhatsApp köçü"ndə son vəziyyət necədir?

SONRAKI XƏBƏR

12 yaşında ana oldu