Yük maşını avtobusla toqquşdu - 14 ölü

Yük maşını avtobusla toqquşdu - 14 ölü

Bakı. Trend:

Misirin paytaxtı Qahirə yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, şose yolda yük maşını sərnişinləri daşıyan mikroavtobusla toqquşub. Qəza nəticəsində 14 nəfərin həlak olduğu bildirilir. Daha daha 8 nəfər yaralanıb.

Qeyd edək ki, Misirdə yol qəzalarında hər il təxminən 12 min nəfər həlak olur.

 

Mənbə: az.trend.az