Rusiya Hərbi-Dəniz Donanması 5 il sonra "Akula" tipli 941 layihəsindən olan (APL)TK-208 "Dmitri Donskoy" axırıncı sualtı qayığını siyahıdan cıxaracaq. Bu qayıq "Hilton"da adlandırılıb.
Cebhe.info xəbər verir ki, bu barədə TASS-ın icmalçısı Dmitri Litovkin yazıb.
Müəllif bildirib ki, donanma tarixində ilk olaraq belə bir sualtı qayıq olub: "Qayığın içində idman zalı, ekipaj üzvləri üçün istirahət otağı, siqaret çəkmək üçün kayuta, sauna və 4 metrlik hovuz var", - deyə icmalçı qeyd edib.
Litovkin həmçinin, sözügedən sualtı qayıqdakı 200 döyüş sursatının ümumi gücünün Hiroşimaya atılan bombadan 1400 dəfə artıq olduğunu yazıb.
Müəllif yazıb ki, "Hilton" 2017-ci ildə son gedişini edib. "Dmitri Donskoy" muzeyə çevriləcək", - deyə o əlavə edib.
Litovkin vurğulayıb ki, "Hilton"dan sonra növbəyə "Borey" gələcək.