Sumqayıtda qanunsuz fəaliyyət göstərən kafe aşkar edildi - VİDEO

Sumqayıtda qanunsuz fəaliyyət göstərən kafe aşkarlanıb

Xeberle.com-un məlumatına görə, polis idarəsinə daxil olan məlumat əsasında Sumqayıt şəhəri Corat bağları yaşayış massivində xüsusi karantinj qaydalarına zidd olaraq fəaliyyət göstərən kafedə əməliyyat keçirilib. Obyektə baxış zamanı kafe sahibi İntiqam Balakişiyev və 16 müştəri xüsusi karantin qaydalarını kobud şəkildə pozduqlarına görə saxlanılıblar. Həmin şəxslər Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinə gətirilib. Müştərilər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə hər biri 200 manat məbləğində cərimələniblər.

Kafeni şlədən İntiqam Balakişiyev barəsində toplanan materiallar, hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

Xeberle.com

ƏVVƏLKİ XƏBƏR

Qərənfilin “qara” taleyini “ağ” günə çıxaran Xarı Bülbül

SONRAKI XƏBƏR

FHN: Müharibə nəticəsində psixoloji yardıma ehtiyacı olanların reabilitasiyası məqsədilə Türkiyədən 20 mütəxəssis dəvət olunub - VİDEO