Cəlilabadda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Cəlilabad rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib.

Femida.az -ın məlumatına görə, anım tədbiri Cəlilabad şəhərindəki Şəhidlər xiyabanında keçirilib. Mərasimdə rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ziyarətçilər şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə əklil və gül dəstələri düzüb, ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini hörmətlə anıblar. Həmçinin şəhidlərin ruhuna dualar oxunub.

Eyni zamanda, saat 12.00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillər siqnal verib.

Qeyd edək ki, bu gün Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 31 il ötür.

Femida.az

ƏVVƏLKİ XƏBƏR

Pandemiya restoranların gəlirlərinə necə təsir edib? - FOTO

SONRAKI XƏBƏR

Əcnəbilər üçün tarix dərsi: "Maşınların pəncərəsindən gizli şahidlik etdim"