Koronadan sağalanların sayında kəskin artım - Dünya statistikası

Koronadan sağalanların sayında kəskin artım - Dünya statistikası

Dünyada koronavirusdan sağalanların sayı 69 274 079 nəfəri ötüb.

Teleqraf.com xəbər verir ki, dünyada ən çox insanın virusa yoluxduğu 4 ölkə, eyni zamanda ən çox xəstənin sağaldığı ölkə olub.

Belə ki, ABŞ-da 14 786 852, Hindisdanda 10 245 741, Braziliyada 7 518 846, Rusiyada isə 3 milyon 2 026 nəfər COVID-19-dan sağalıb.

Dünyada 25 milyon 285 min 978 nəfərin müalicəsi davam etməkdədir.

Qeyd edək ki, indiyədək Azərbaycanda ümumilikdə 228 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 217 617 nəfər müalicə olunaraq sağalıb, 3 044 nəfər vəfat edib. Hazırda 7 367 xəstə müalicə alır.

Mənbə: teleqraf.com