Paytaxtda polis əməliyyat keçirib - VİDEO

Bakıda armatur zavoduna basqın edən şəxslər saxlanılıb.

Hadisə Suraxanı rayonu Günəşli qəsəbəsində baş verib. Zavoddan rayonun Baş Mühafizə Şöbəsinə ‘’həyəcan’’ siqnalı daxil olub. Dərhal operativ qrup hadisə yerinə çıxıb. Zavod mühafizə polisi tərəfindən mühasirəyə alınıb.

Həmin şəxslər ərazi üzrə 32-ci polis bölməsinə təhvil veriliblər. Araşdırma zamanı məlum olub ki, onlar Bərdə rayon sakini Aytac Abdullayeva və Balakən rayon sakini Batara Əzizovdur.

Polisdən verilən məlumata görə, tanışlar qabağcadan əlbir olub armatur zavodundan dəyəri 9 min manat olan 1 metrilik mis lövhələr oğurlamaq istəyiblər.

Faktla bağlı bölmədə onlar barəsində toplanan material araşdırılması üçün Suraxanı rayon Polis İdarəsinin İstintaq bölməsinə göndərilib.

 

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Fuat Oktay: “Qara Yanvar” şəhidlərimizin acısı hələ də qəlbimizdədir”

SONRAKI XƏBƏR

Azvision: Şəhidlik institutunu yaradanlar (VİDEO)