Gənc ana yeni doğulan uşağını bıçaqlayaraq öldürdü - DƏHŞƏT...

Gənc ana yeni doğulan uşağını bıçaqlayaraq öldürdü - DƏHŞƏT...

Türkiyənin Kocaeli vilayətində gənc ana yeni doğulan uşağını bıçaqlayaraq öldürüb.

Moderator.az xəbər verir ki, evli və 3 uşaq anası olan 29 yaşlı qadın evdə olarkən doğuş sancıları başlayıb və təbaşına oğlan uşağı dünyaya gətirib.

Bir neçə saat sonra uşağını bıçaqlayaraq öldürən cani ana qanaxma yaşadığı üçün xəstəxanaya gedib və orada törətdiyi cinayəti etiraf edib.

Hadisədən sonra həbs olunan qadının cinayəti hansı səbəblə törətdiyi haqqında hələlik bir məlumat verilməyib.

Kamran

Mənbə: moderator.az