Boğulma təhlükəsi yaşayan iti bu cür xilas etdi - MARAQLI... + VİDEO

Boğulma təhlükəsi yaşayan iti bu cür xilas etdi - MARAQLI... + VİDEO

Rusiyada heyvanların qışı necə keçirdiyi ilə bağlı çəkiliş aparan rusiyalı jurnalist Aleksandr Saşnev buz bağlayan göldə boğulma təhlükəsi yaşayan bir iti xilas edib.

Moderator.az xəbər verir ki, baş verən hadisə zamanı sözügedən jurnalist bir uşağın suya düşən it üçün kömək istədiyini eşidib. Dərhal paltarlarını soyunan Saşnev mənfi 20 dərəcədəki buzlu suya girərək boğulan iti xilas edib.

Hadisədən sonra Saşnev iti üst geyiminə bükərək avtomobilə aparıb.

Mənbə: moderator.az