Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunda yük avtomobili aşıb.
Hadisə bu gün saat 07:15 radələrində magistralın 98-ci kilometrliyində baş verib. İlkin məlumata görə, Saməddin Sübhü oğlu Əhədovun idarə etdiyi MAN markalı, 88-CH-016 dövlət qeydiyyat nişanlı yük avtomobilində hərəkət zamanı nasazlıq yaranıb. Nəticədə sürücü nəqliyyat vasitəsinə nəzarəti itirib və avtomobil yolun əks hərəkət zolağına keçərək aşıb.
Qəza nəticəsində sürücü yüngül dərəcəli xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: unikal.az