Rusiyada "Təhlükəsiz İnternet Liqası"nın rəhbəri Yekaterina Mizulina azərbaycanəsilli bloger Hüseyn Həsənov barəsində çıxarılan hökmə münasibət bildirib.
O, qiyabi qaydada 4 il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsinə məhkum edilən 32 yaşlı blogerin Rusiyadan getməsinə imkan verilməsini tənqid edib.
"Səmimi desəm, Hüseynin Rusiyadan qaçmasını niyə gözlədiklərini başa düşmürəm. Hüquq-mühafizə orqanlarının onun qanunsuz fəaliyyəti barədə məlumatı o, hələ Rusiyada olarkən də var idi. İndi bloger Vladimir Mərkəzi Həbsxanasında ola bilərdi" deyə, Mizulina teleqram kanalında yazıb.
Mizulina əlavə edib ki, daha əvvəl Hüseyn Həsənov ona qarşı məhkəmə iddiası qaldıracağı ilə hədələyib:
"Yoxlamaların aparılması ilə bağlı məlumat yayılandan sonra həmin dələduz qorxaqcasına Rusiyanı tərk etdi. Bununla yanaşı, guya şərəf və ləyaqətinin müdafiəsi, həmçinin teleqram kanalımın bloklanması tələbi ilə məni məhkəmə iddiası ilə hədələyirdi".
Qeyd edək ki, istintaqın məlumatına görə, Hüseyn Həsənov 170 milyon rubl məbləğində vergi ödəməyib, daha 68 milyon rublu isə daşınmaz əmlak alışı yolu ilə leqallaşdırıb. Bloger daha əvvəl ittihamları qəbul etməyib.
Hüseyn Həsənov hazırda Bakıda yaşayır. O, ötən ilin mayından beynəlxalq axtarışa verilib./axsam.az
Mənbə: yenisabah.az