Sel və daşqın İstanbulda böyük problemlər yaradıb

Sel və daşqın İstanbulda böyük problemlər yaradıb

Ankara, 12 iyun, AZƏRTAC

İyunun 12-də İstanbulda iki saat boyunca davam edən güclü yağış sel və daşqına səbəb olub.

AZƏRTAC xəbər verir ki, ictimai nəqliyyatın hərəkətində böyük çətinliklə yaranıb. Tunelləri su basıb. Pendik rayonunda orta məktəb su altında qalıb. Köməksiz qalan insanlar xilasedicilərin köməyi ilə təhlükəsiz əraziyə çıxarılıblar.

Güclü yağış Bursa bölgəsində də sel və daşqına səbəb olub.

Metroloqlar ölkənin Kayseri, Kırşehr, Nevşehr, Sivas və Yazgat bölgələrində güclü yağış düşəcəyi barədə əhalini xəbərdar ediblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: azertag.az