Şəmkirdə vaksinasiyaya start verilib - VİDEO

Şəmkirdə vaksinasiyaya start verilib - VİDEO

Şəmkir rayonunda COVID-19-a qarşı peyvəndləməyə start verilib.

Təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan sakinlərə könüllülük əsasında vurulur. İlk olaraq Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova peyvənd vurulub.

Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

Günədlik olaraq Rayon mərkəzi Xəstəxanasında 150-200 nəfərin peyvənd olunması planlaşdırılır. Tibb işçiləri ilə yanaşı risk qrupuna daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları əks-epidemik tədbirlərə cəlb olunacaq.

Qeyd edək ki, ilkin olaraq Şəmkir rayonuna 1115 doza vaksin göndərilib.

Mənbə: www.realtv.az