Nənə və babasını öldürüb, məktəbdə qətliam törətdi

Nənə və babasını öldürüb, məktəbdə qətliam törətdi

Tailandın Nonthaburi əyalətində məktəbdə faciə baş verib.

Xarici mətbuata istinadən xəbər verilir ki, əyalətin Banq Kruai rayonunda şagird məktəbdə silahlı insident törədib. Məktəbdə baş verən atışma nəticəsində hücumu şəxs daxil olmaqla yeddi nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Polis bildirib ki, Debsirin Nonthaburi məktəbində baş verən ölümcül atışmanı törətməkdə şübhəli bilinən şagird məktəbə hücum etməzdən əvvəl evdə iki ailə üzvünü - nənə və babasını güllələyərək öldürüb.

Ölən şübhəli şəxsin atası müstəntiqlər tərəfindən dindirilir. Hadisənin motivi araşdırılır.

Mənbə: unikal.az