Tovuz sakini 65 yaşlı bibisini fermada güllələdi

Tovuz sakini 65 yaşlı bibisini fermada güllələdi

Tovuz rayonunda silahlı insident baş verib.

"Report"a istinadən xəbər verilir ki, 1997-ci il təvəllüdlü Ülvi İsayev adlı şəxs bibisi, 1961-ci il təvəllüdlü Məlahət İsayevanı odlu silahla qətlə yetirib.

Hadisə rayonun Əlimərdanlı kəndində yerləşən fermada qeydə alınıb.

İlkin məlumata görə, əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Mənbə: unikal.az