Goranboyda azyaşlı dəm qazından zəhərlənib

Goranboy rayonunda 11 yaşlı yeniyetmə qız qazdan zəhərlənib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goranboy şəhərində baş verib.

2010-cu il təvəllüdlü rayon sakini Zəhra Şirinova yaşadığı ünvanda dəm qazından zəhərlənib. Azyaşlı xəstəxanaya yerləşdirilib.

Hazırda vəziyyəti qənaətbəxşdir.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Avropa İttifaqının Azərbaycana qarşı mövqeyi dəyişir

SONRAKI XƏBƏR

Merkel pandemiyanı “əsrin fəlakəti” adlandırdı