Ukrayna Rusiya ərazisində neft emalı zavodlarına hücumları davam etdirir.
Ötən gecə Samara vilayətində yerləşən Sızran neft emalı zavoduna dronlarla zərbə endirilib.
OSİNT kanalları zavodda güclü yanğının başlandığına dair məlumat və görüntülər yayır.
Vilayət qubernatoru Vyaçeslav Fyodorişev hücumu təsdiqləyən açıqlama verib. Onun sözlərinə görə, Samara əyalətində dron zərbələri sənaye müəssisələrindən birinə zərər vurub. Qubernator zərbə endirilən müəssisənin adını açıqlamayıb.
Qeyd edək ki, Sızran neft emalı zavodu may ayında da zərbələrə məruz qalmışdı. Zavodda bərpa işləri bir neçə gün əvvəl bitirilmişdi.
Mənbə: musavat.com