Kərimin avtomobilinin təkərlərini oğurladılar - FOTO

Kərimin avtomobilinin təkərlərini oğurladılar - FOTO

“Verder Bremen”in mərkəz müdafiəçisi Kərim Kulibali xoşagəlməz bir sürprizlə qarşılaşıb.

“Bild” nəşrinə istinadla xəbər verilir ki, 19 yaşlı futbolçu maşınına minib məşqə getmək istəsə də, bunu edə bilməyib: avtomobilin dörd təkəri oğurlanıb.

“Bremen. Sadəcə məşqə getmək istəyirdim”, – deyə Kulibali təkərsiz avtomobilinin şəklini paylaşaraq yazıb.

Kulibali komanda yoldaşı Salim Musanın sayəsində məşqə vaxtında çatıb.

Məşhur futbolçunun avtomobilinin təkərlərini oğurladılar – FOTO

Mənbə: publika.az