İmişli şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza olub.
Gecə saatlarında hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.
Qəza nəticəsində xəsarət alan Səfər Əzizov, Rüqayə Əzizova və Şahbəyim Əzizova İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Mənbə: yenisabah.az