Bakıda bazarın qarşısında kişini maşın vurub

Bakıda bazarın qarşısında kişini maşın vurub

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Sabunçu bazarının qarşısında baş verib.

1967-ci il təvəllüdlü Səlimxanov Oqtay Qüdrət oğlu yol kənarında olan zaman onu minik avtomobili vurub.

Yaralı aşağı ətrafın sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Mənbə: apa.az