Oğrular qaçırdıqları avtomobili sahibinin xəstəliyini öyrəndikdən sonra qaytardılar - FOTO/VİDEO

Oğrular qaçırdıqları avtomobili sahibinin xəstəliyini öyrəndikdən sonra qaytardılar - FOTO/VİDEO

İtaliyada hüquq mühafizə orqanları bir müddət öncə qaçırılan və içərisində üzrxahlıq məktubu olan avtomobil aşkarlayıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Bildirilir ki, avtomobil Bari şəhər xəstəxanasının həyətindən qaçırılmışdı. Zərərçəkənin qızı “Facebook”da paylaşım edərək “Fiat Doblo”nun dağınıq skelerozdan əziyyət çəkən anasının olduğunu deyib.

Avtomobil əlil insanlar üçün xüsusi təchiz olunmuşdu.

“Əlinizi ürəyinizə qoyun və onu bizə qaytarın”, - deyə qız müraciət edib.

 

Onun müraciəti sosial şəbəkələrdə populyarlaşıb və belə görünür ki, maşını qaçıranlar da bunu görüb.

Bir neçə gündən sonra maşın tapılıb. Bari şəhərində bir kişi onu evinin yanında park edildiyini görüb, polisə xəbər verib. Ön oturacaqda hüquq mühafizə orqanları üzrxahlıq məktubu tapıblar.

"Bizim də ürəyimiz var, bağışlayın, sizin patologiyanız barədə məlumatsız idik", - deyə onlar bildiriblər.

Mənbə: www.oxu.az