Virusa yoluxma rekord həddə çatıb

Virusa yoluxma rekord həddə çatıb

Meksikada sutkada virusa yoluxma halları rekord həddə çatıb.

Gün ərzində aparılan testlər nəticəsində 22 339 nəfərdə virus aşkarlanıb. 1803 nəfər virusun qurbanı olub.

Paytaxt Mexikoda yoluxma hallarının artan qrafik üzrə dəyişməsi xəstəxanaları da həddən artıq yük altında saxlayır.

Rəsmilər xəstəxanalarda yerlərin 89 faizinin xəstə ilə məşğul olduğunu bildiriblər.

Ümumilikdə, ölkə üzrə xəstəxanalarda yerlərin 61 faizi məşğuldur. Səhiyyə nazirinin müavini Uqo Qatel böhranın hələ ağır mərhələdə olduğunu deyib.

Qeyd edək ki, Meksikada indiyə qədər 1.7 milyondan çox insanda virus aşkarlanıb.

Virusdan 146 174 nəfər ölüb, 1.2 milyondan çox insan sağalıb.

Ölkədə 287 mindən çox aktiv virus daşıyıcısı var ki, onların 5 652-sinin vəziyyəti ağır hesab olunur.

Mənbə: www.realtv.az