Kolumbiyanın şərqində neft boru kəməri partladılıb

Kolumbiyanın şərqində neft boru kəməri partladılıb

Bakı. Trend:

Naməlum şəxslər neft kəmərinin Kolumbiyanın şərqindən keçən hissəsində partlayış törədiblər.

Trend TASS-a istinadən xəbər verir ki, hadisə Saravena bələdiyyəsində (Arauka şərq departamenti) baş verib.

Cinayətkarlar neft kəmərinin işini pozmaq üçün partlayıcı maddələrdən istifadə ediblər. Partlayış nəticəsində xəsarət alan olmayıb.

Səlahiyyətlilər istintaq aparır. İlkin məlumatlara görə, neft kəmərinin partlayışında üsyançı təşkilat üzvlərinin iştirakı təxmin edilir.

Mənbə: az.trend.az