Heydər Əliyev prospektində sürücü məsuliyyətsizliyi qəzaya səbəb oldu - ANBAAN VİDEO

Heydər Əliyev prospektində sürücü məsuliyyətsizliyi qəzaya səbəb oldu -
Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, hava limanı istiqamətində hərəkətdə olan nəqliyyat vasitəsi yolun kənarında dayanmış avtomobilə çırpılıb.

Görüntülərdən də aydın görünür ki, minik avtomobili müəyyən səbəbdən yolun hərəkət hissəsində dayanıb və digər hərəkət iştirakçılarını vaxtında xəbərdar etmək üçün zəruri təhlükəsizlik tədbirləri görülməyib.

"Belə hallarda həm məcburi dayanmış nəqliyyat vasitəsinin sürücüsü tərəfindən təhlükəsizlik qaydalarına əməl olunmaması, həm də hərəkətdə olan digər nəqliyyat vasitələrinin sürücüləri tərəfindən diqqətsizliyə yol verilməsi qəza riskini artırır.

Nasazlıq və ya digər səbəbdən məcburi dayanma zamanı sürücü qəza dayanma işıq siqnalını yandırmaqla yanaşı, nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə qəza dayanma nişanı quraşdırmalıdır.

Hərəkətdə olan bütün sürücülər yollarda diqqətli olmalı və sürət həddinə əməl etməlidirlər", - NİİM-in məlumatda bildirilir.

Mənbə: oxu.az