“TikTok”da “itaətsizlik” faciəyə səbəb oldu: 10 yaşlı uşaq...

İtaliyada 10 yaşlı qız dostları ilə "müvəqqəti huşunu itirmə" yarışında ölüb.

Teleqraf.com xəbər verir ki, hadisə ölkənin cənubundakı Palermo şəhərində qeydə alınıb.

10 yaşlı qız boğazına doladığı xalat kəmərlə boğularaq ölüb.

Hadisədən sonra İtaliya Şəxsi Məlumatların Qorunması Təşkilatı (GPDP) “TikTok”da yaşı təyin edilə bilməyən istifadəçilərin hesablarını bloklamağı əmr edib.

Qurumun açıqlamasına görə, təlimat 15 fevraladək etibarlı olacaq və bu tarixə qədər əlavə qiymətləndirmə ediləcək. Qeyd olunub ki, “TikTok”da yetkinlik yaşına çatmayanların qorunmasına kifayət qədər diqqət yetirmədiyi üçün dekabr ayında xəbərdarlıq edilib.

Övladını itirən ailə qızlarının orqanlarını bağışlamaq qərarına gəlib. Orqanlar ehtiyacı olan 4 uşağa veriləcək.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Ford Bronco Sport modelinin reklam çarxında dağ keçiləri çəkilib - VİDEO - FOTO

SONRAKI XƏBƏR

6 yaşlı uşaq mənzildə gizli otaq tapdı - Qapını açanda GÖRDÜKLƏRİNƏ İNANMADI