Çavuşoğlu dəniz quldurlarının hücumuna məruz qalmış gəminin kapitanı ilə danışdı - YENİLƏNİB + FOTO/VİDEO

Çavuşoğlu dəniz quldurlarının hücumuna məruz qalmış gəminin kapitanı ilə danışdı - YENİLƏNİB + FOTO/VİDEO

Dəniz quldurlarının hücum etdiyi Türkiyə şirkətinə məxsus gəminin dördüncü kapitanı Furkan Yarenlə əlaqə yaradılıb. Furkan Yaren II mühəndis Fərman İsmayılovun öldürüldüyünü, özünün də ayağından yaralandığını qeyd edib. O, gəmi heyətindən 15 nəfərin döyülərək aparıldığını, onunla birlikdə gəmidə qalan iki nəfərdən birinin də yaralı olduğunu bildirib.

Artıq Türkiyənin Nigeriya sahillərində hücuma məruz qalan gəminin heyətinin xilas edilməsi üçün diplomatik kanallar yolu ilə işə başladığı vurğulanır.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da Furkan Yarenlə telefonda danışıb və ondan məlumat alıb. Türkiyənin XİN rəhbəri həmçinin gəminin aid olduğun şirkətin idarəçisi Osman Leventə də zəng vurub və başsağlığı verib.

Qeyd edək ki, gəmi hazırda Qabonun Port-Gentil bölgəsinə hərəkət edir və saat 09:00-da limana çatması gözlənilir.

23:25

Nigeriyanın Laqos şəhərindən Cənubi Afrikanın Keyptaun şəhərinə gedən gəminin 19 nəfərlik heyəti olub.

Bu barədə “Haber Global” məlumat yayıb. 

İlkin məlumatlara görə, “Boden” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəminin heyət üzvlərindən 15 nəfəri zorla aparılıb. Gəminin dördüncü kapitanı radardan başqa bütün sistemlərin söküldüyünü, gəminin hazırda dəniz quldurlarının verdiyi koordinantlar əsasında hərəkət etdiyini bildirib.

Gəminin ikinci mühəndisi öldürülüb. Öldürülən şəxsin azərbaycanlı Fərman İsmayılov olduğu qeyd olunur.

Mənbə: oxu.az