Bakıda quldurluq edən dəstə üzvləri tutuldu

Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində naməlum şəxslər İ.Qasımzadəni döyərək mobil telefonunu əlindən alıblar.

Zərərçəkmiş baş verən quldurluq hadisəsi ilə bağlı polisə şikayət edib.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Hüseynov, Y.Qəhrəmanov və R.Mustafayev müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanıb.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Venesuelada qaz kəməri PARTLADILDI - VİDEO

SONRAKI XƏBƏR

Rusiyada gərginlik artacaq: Navalnı bəhanədir