Hücuma məruz qalan “Motsart”ın 4-cü kapitanı: “Yaralanmışam, “kor kimi” mənə verilən istiqamətdə gedirəm”

Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalan, ekipaj üzvlərindən biri öldürülən, bir neçəsi girov götürülən, üç nəfərin isə qaçıb salamat qurtulmağa çalışdığı Türkiyəyə məxsus “Motsart” gəmisinin 4-cü kapitanı Furkan Yaren son vəziyyətlə bağlı açıqlama verib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər naziri Mövlut Çavuşoğlu ilə də danışan F.Yaren ayağından yaralandığını və təsadüfi bir yolla hərəkət etdiklərini bildirib:

“Gəmidə radardan başqa heç nə işləmir. Bizə bir marşrut verdilər, həmin istiqamətdə “kor kimi” aparıram gəmini. Baş mühəndislə mən qalmışam. Bir də yağçı var. Onun da qarnına qəlpə girib. İkinci mühəndisi öldürdülər, 15 nəfəri girov götürdülər. Şirkətlə davamlıəlaqə saxlayırıq. Geminin izləmə sistemi var, ordan izləyirlər. Biz qurtulduq, amma digərlərini döyə-döyə apardılar. Şirkətdən mənə tez-tez zəng edirlər ki, yatıb qalmayım”.

Qeyd edək ki, sözügedən gəmidə quldurlar tərəfindən öldürülən ikinci mühəndis Azərbaycan vətəndaşı Fərman İsmayılovdur.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Sülhməramlılar azyaşlı qızları zorlayır, hamilə qoyur... - DƏHŞƏTLİ FAKTLAR - FOTO

SONRAKI XƏBƏR

Komanda yoldaşları Ronaldonu silib?