Türkiyəyə səfər edən turistlər ölkə ərazisində pasportlarını və ya fotoşəkilli şəxsiyyət sənədlərini yanlarında saxlamalıdır.
Türkiyə qanunvericiliyinə əsasən, sənədsiz gəzən şəxslər 130 dollara qədər cərimələnə və bəzi hallarda polis tərəfindən saxlanıla bilərlər.
Qayda uşaqlara da şamil olunur. Yəni ailələr səyahət zamanı uşaqlarının da pasportunu özləri ilə götürməlidirlər.
Turistlər şəhərlərarası səfərlər zamanı, xüsusilə polis yoxlamalarında sənədlərini təqdim etməli ola bilərlər.
Turizm ekspertləri pasportu hoteldə saxlamaq əvəzinə, təhlükəsiz şəkildə daim turistin üzərində olmasını tövsiyə edir.
Mənbə: publika.az