İtaliyada koronavirusdan ölənlərin sayı 85 min nəfəri ötüb

İtaliyada koronavirusdan ölənlərin sayı 85 min nəfəri ötüb

İtaliyada ötən sutka yeni növ koronavirusa (COVİD-19) 13 331 yoluxma halı qeydə alınıb.

Open.az-ın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2,46 milyon nəfəri ötüb.

Bildirilir ki, ötən sutka koronavirusdan 488 nəfər ölüb, ölənlərin ümumi sayı 85 162 nəfər təşkil edir.

Mənbə: open.az