Uşağın yanına gələn RUH KAMERAYA DÜŞDÜ

ABŞ-ın Miçiqan ştatından olan cütlük yaşadıqları evdə ruhun olduğunu və övladlarına xəsarət yetirdiyini iddia edir.

Sonxeber.az mercurynews.com-a istinadən xəbər verir ki, Hizer Bro və Coşua Higginsin evinin müşahidə kamerasında görünən qəribə kölgə hər kəsi dəhşətə salıb.

Belə ki, yaş yarımlıq qızları Lilinin otağından olan görüntülərdə bulanıq "varlıq" qapıdan uşağın beşiyinə tərəf gəlir və körpə ona baxmaq üçün qalxır.

Valideynlər hadisədən sonra uşağın bədənində çızıqlar aşkar etdiklərini deyirlər.

Qadın hətta bəzi səhərlər yuxudan boğularaq ayıldığını bildirib:

"Sanki kimsə məni boğazımdan tutub boğmaq istəyir".

Ailə başçısı runun əvvəlki ev sahibinə aid olduğunu ehtimal edir.

Valideynlər köçmək üçün yetərincə pul toplayanadək uşağın da onlarla eyni otaqda yatacağını bildiriblər.
 

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir

SONRAKI XƏBƏR

Qənirə Paşayeva Milli Qəhrəman Samir Xasıyevin anası ilə görüşüb