İŞİD "Haşdi Şabi"yə hücum etdi - Xeyli sayda ölən var

İŞİD "Haşdi Şabi"yə hücum etdi - Xeyli sayda ölən var

İŞİD terror təşkilatının İraqın Səlahəddin vilayətində "Haşdi Şabi" 22-ci briqadasına hücumunda biri komandir olmaqla 12 hərbçi öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə İraq mətbuatı yazıb.

Bildirilib ki, hücumda 15 hərbçi yaralanıb.

Mənbə: publika.az