“Navalnı məhbusları”: Uşaqlar da siyahıdadır

“Navalnı məhbusları”: Uşaqlar da siyahıdadır

Xəbər verildiyi kimi, dünən Rusiyanın bir sıra şəhərlərində müxalifət lideri Aleksey Navalnının həbsinə etiraz olaraq aksiyalar keçirilib.

Aksiyalarda polislə toqquşma olub, saxlanılanlar var.

Cebhe.info xəbər verir ki, saxlanılanlar ən çox Moskvanın payına düşür- 1294. Sankt-Peterburqda 489, Novosibirskdə 96, Voronejdə 92, Nijni Novqorodda 90, Kazanda 88, Xabarovksda 58 nəfər saxlanılıb.

Ümumilikdə 3296 nəfər saxlanılıb ki, qalanlar da Rusiyanın daha 100 şəhərindəki aksiyaların iştirakçıları olub.

Rusiya Ombudsmanı bildirib ki, saxlanılanlar arasında yetkinlik yaşına çatmayan 300 nəfər də var. Hətta sosial şəbəkələrdə polisin azyaşlı uşağı saxladığı anın görüntüləri də yayılıb.

Ətrafdakı şəxslər "Uşağa dəymə" deyə qışqırsalar da, nəticəsi olmayıb.
Xəzər

Mənbə: cebhe.info