Nərimanovda gənc qadın özünü hündürmərtəbəli binadan atdı - VİDEO (YENİLƏNİB)

Nərimanovda gənc qadın özünü hündürmərtəbəli binadan atdı - VİDEO (YENİLƏNİB)

Bakıda qadın intihar edib.

Modern.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Heydər Əliyev küçəsində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızı özünü yaşadığı binanın 18-ci mərtəbəsindən atıb.

Qadın hadisə yerində həyatını itirib.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

16:16

Bakının Nərimanov rayonu ərazisində intihar hadisəsi olub.

Modern.az-a daxil olan məlumata görə, hadisə bu gün 15:10 radələrində baş verib. Hələlik kimliyi dəqiqləşməyən qadın özünü hündürmərtəbəli binadan atıb. Hadisə Əliyar Əliyev küçəsində, "Azenko" binalarının birində yaşanıb. 

On beşinci mərtəbədən özünü atan qadının hansı səbəbdən intihar etməsi barədə məlumat yoxdur. Avtomobilin üzərinə düşən qadının elə hadisə yerindəcə keçindiyi bildirilir.

Mənbə: konkret.az