ABŞ-da küçə yarışı: polis maşını piyadanı vurdu - VİDEO

ABŞ-da küçə yarışı: polis maşını piyadanı vurdu - VİDEO

ABŞ-da qanunsuz küçə yarışlarını dayandırmağa çalışan polis piyadanı vurub.

Press.az xəbər verir ki, bu barədə "Deyli Meyl" nəşri məlumat yayıb.

Hadisə dünən Vaşinqtonun Takoma şəhərində baş verib.

Zabit daha sonra avtomobili təhlükəsiz yerdə saxlayaraq təcili yardım çağırıb.

Zərərçəkənin xəstəxanaya yerləşdirildiyi qeyd olunub, lakin sonrakı vəziyyəti məlum deyil.

Mənbə: press.az