ABŞ-də 16 ildən sonra ilk dəfə 3 məhkum edam edildi

ABŞ-də 16 ildən sonra ilk dəfə 3 məhkum edam edildi

ABŞ-də təxminən 16 ildən sonra ilk dəfə olaraq üç məhkumun eyni gündə edam edilməsi üçün tarix müəyyənləşdirilib.

Oklahoma və Tennessi ştatlarında iki məhkum ölümcül inyeksiya yolu ilə təxminən 30 dəqiqə fərqlə edam olunub. Alabama ştatında isə 5 yaşlı qıza təcavüz edib onu qətlə yetirməkdə təqsirli bilinən Ceremi Uilyamsın hökmünün günün sonrakı saatlarında icra ediləcəyi gözlənilir.

ABŞ-da son illərdə ölüm hökmünün icrasında artım müşahidə olunur. Bu fonda 13 avqust tarixində Tennessi, Oklahoma və Alabama ştatlarında planlaşdırılan üç ayrı edam hökmündən ikisi artıq yerinə yetirilib.

Oklahomada Karlos Kuesta-Rodriges, Tennessi ştatında isə Entoni Darrell Hayns ölümcül inyeksiya üsulu ilə təxminən 30 dəqiqə fərqlə edam ediliblər. Alabama ştatında Ceremi Uilyamsın edamının da həyata keçirilməsi halında, ABŞ-da 2010-cu ildən bəri ilk dəfə eyni gündə üç məhkumun edamı baş tutmuş olacaq.

Bildirilib ki, üç müxtəlif ştatda edam tarixlərinin eyni günə təsadüf etməsi koordinasiyalı qərar olmayıb və zamanlama təsadüfi xarakter daşıyıb. Bununla belə, hadisə ölkədə ölüm hökmünün yenidən artması fonunda diqqət çəkib.

Həmidə İbrahimova

Mənbə: olke.az