Bakıda beş avtomobil toqquşub - FOTO

Bakının Xətai rayonunda "Toyoto" markalı avtomobil yüksək sürətlə 4 avtomobilə çırpılıb.

APA xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.

Ağayev Vüsal Əhməd oğlu idarə etdiyi avtomobil əvvəlcə Ruslan Mircəfərovun idarə etdiyi eyni markalı avtomobilə çırpılıb.

V.Ağayevin idarə etməsindən çıxan maşın daha sonra ard-arda "Renault", "Skoda" və "Dodge" markalı nəqliyyat vasitələrinə çırpılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistan terrorçuları “hərbi əsir” adı ilə geri istəyir - Bakı güzəştə getməyəcək!

SONRAKI XƏBƏR

Audi A3 modeli ikinci qoşulan hibrid modifikasiyaya sahib olub - FOTO