Paytaxtın Səbail rayonunda yol-nəqliyyatı hadisəsi zamanı 56 yaşlı qadını avtomobil vurub.
APA xəbər verir ki, hadisə Su İdman Sarayının qarşısında baş verib.
1965-ci il təvəllüdlü Məmmədova Fatimat Qurban qızı yolu keçərkən onu “VAZ 2107” markalı nəqliyyat vasitəsi vurub.
Qadın ağır kəllə-beyin travması və aşağı ətrafın sınığı diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Mənbə: apa.az