Siyəzəndə yol qəzası DAĞISTAN VƏTƏNDAŞI XƏSARƏT ALDI

Siyəzəndə yol qəzası DAĞISTAN VƏTƏNDAŞI XƏSARƏT ALDI

Siyəzən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə zamanı Dağıstan Respublikasının vətəndaşı olan Abdulhatipov Atrur Aqamedrasuloviç ağır bədən xəsarətləri alıb. Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sol budun yerdəyişən qəlpəli sınıqları və qabırğaların sınığı diaqnozları qoyulub.

Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Mənbə: virtualaz.org