Suriyada İŞİD hücumunda hərbçilər ölüb

Suriyada İŞİD hücumunda hərbçilər ölüb

Eastnews.org-un verdiyi xəbərə görə, ötən gün İŞİD terrorçularının Palmira və Deyr əz-Zor şəhərləri arasındakı yolda Suriya hərbçilərinə hücumu nəticəsində 3 hərbçi ölüb, 10-u isə yaralanıb.

Bu barədə RİA “Novosti”yə hərbi mənbələr məlumat verib.

Məlumata əsasən, terrorçular ABŞ-ın Suriyanın İordaniya ilə sərhədində yerləşən ət-Tənf bazası istiqamətindən gəlib.

Xatırladaq ki, ötən il adıçəkilən ərazidə terrorçuların mülki avtobuslara hücumu nəticəsində 28 nəfər ölüb, 13 nəfər isə yaralanıb

Mənbə: eastnews.org