Navalnı Putinin evinə girmək istəyib: “Açarları mənə verəndə...”

Navalnı Putinin evinə girmək istəyib: “Açarları mənə verəndə...”

Rusiya müxalifətinin lideri Aleksey Navalnı Almaniyada müalicə olunduğu müddətdə bu ölkədə Prezident Putinə məxsus olan mənzillə bağlı çəkiliş etmək istəsə də, alınmayıb.

Cebhe.info "Bild" nəşrinə istinadən bildirir ki, Navalnı ötən əsrin 80-cı illərində Putinin ailəsinin həyatına dair informasiyalar toplayıb.

Mətbuatın yazdığına görə, Navalnı Putinin ailəsi ilə Drezdendə yaşadığı mənzilə getmək istəyib. Ancaq buna nail olmayıb. Mənizili indi icarəyə götürən Yorq Hofmann onu içəri buraxmayıb.

O bildirib ki, Navalnını evin qarşısında mühafizəçilərlə birlikdə dayanarkən görüb: "O, güman ki, sənədli film çəkirdi".

Hofmannın sözlərinə görə, Putin 1985-ci ildə yaşadığı mənzilin açarını ona 1991-ci ilin martında verib: “Putin açarları mənə verəndə səmimi təsir bağışladı".

Qeyd edək ki, bu günlərdə "YouTube" kanalında Navalnı və komandasının Putinlə bağlı araşdırması yayılıb. Sənədli filmdə Putinin daha çox Almaniyadakı fəaliyyətinə yer ayrılıb.

Həmçinin Qara dəniz sahilindəki Gəlincikdə Putinə məxsus olduğu deyilən malikanədən də görüntülər yayınlanıb.

Navalnının həbsindən sonra yayılan sənədli filmə qısa müddətdə milyonlarla baxış olub.

Şənbə günü isə Rusiyanın müxtəlif şəhərlərində Navalnıya dəstək aksiyası keçirilib.

Xatırladaq ki, müalicədən sonra Rusiyaya qayıdan Navalnı aeroportda saxlanılıb və ona 30 günlük həbs verilib.

Mənbə: cebhe.info