Paytaxtda 140 ilin rekord temperaturu qeydə alındı

Paytaxtda 140 ilin rekord temperaturu qeydə alındı

Rusiyanın paytaxtı Moskvada son 140 ilin rekord temperaturu qeydə alınıb.

Publika.az xəbər verir ki, 25 yanvar tarixində qeydə alınan ən yüksək temperatur +3,8 dərəcə olub.

Moskva meteoroloji bürosunun baş mütəxəssisi Tatyana Pozdnyakova bildirib ki, səhər 4-də hava +3,8 dərəcə olub, daha sonra temperatur bir az da düşməyə başlayıb.

Qeyd edək ki, əvvəlki rekord 2002-ci ildə qeydə alınıb.

Mənbə: publika.az