Göylərmiş kartofdan istifadənin fəsadları - Açıqlandı

Göylərmiş kartofdan istifadənin fəsadları -

Göylərmiş, cücərmiş, bürüşmüş və ya yumşalmış kartofun qəbulu insan sağlamlığı üçün ciddi təhlükə yaradır.

Xarici KİV-ə istinadən xəbər verilir ki, qastroenteroloq Yevgeni Belousov bu cür kartoflarda zəhərli solanin maddəsinin kəskin artdığını bildirib.

Solaninlə zəhərlənmə ağızda acılıq, ürəkbulanma, qusma, ağır hallarda isə başgicəllənmə və ürək ritminin pozulmasına səbəb olur.

Həkim vurğulayıb ki, solanin istiliyə dözümlü olduğu üçün kartofu qaynatmaq, qızartmaq və ya sobada bişirmək onun zəhərini məhv etmir.

Mənbə: qafqazinfo.az