Müğənninin qardaşı yüksək vəzifəyə təyin edildi

Müğənninin qardaşı yüksək vəzifəyə təyin edildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni kadr təyinatı olub.

Nocomment.az-a istinadən xəbər verilir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli Əmr imzalayıb.

Əmrə əsasən, Kamran Kərimbəyov Media monitorinqi və təhlili departamentinin rəhbəri təyin edilib.

Qeyd edək ki, müğənni Nərmin Kərimbəyova bir müddət əvvəl qaraciyərinin bir hissəsini qardaşı Kamran Kərimbəyovaya verib.

Mənbə: qafqazinfo.az