Rayon yollarının birində gecə saatlarında yolun ortasında dayanan minik avtomobili təhlükəli vəziyyət yaradıb
Bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Kadrlarda görünür ki, yolun qaranlıq olması səbəbindən hərəkətdə olan yük avtomobilinin sürücüsü qarşıda dayanan VAZ-2104 markalı maşını son anda görür. Sürücü toqquşmadan yayınmaq üçün 1.1 nişanlanma xəttinin tələbini pozaraq qəfil qarşı hərəkət zolağına çıxır. Xoşbəxtlikdən bu zaman qarşı zolaq boş olub.
Təhlükəli vəziyyətin yaranmasına səbəb kimi hansısa səbəbdən yolun ortasında dayanan minik avtomobilinin heç bir işıq siqnalından ə xəbərdaredici nişandan istifadə etməməsi göstərilir.
Mənbə: oxu.az