Ötən gün Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiya Federasiyasından deportasiya edilib.
Həsənovun saxlanma məntəqəsindən hava limanına gətirilərək ölkədən deportasiya edilməsi anlarını əks etdirən görüntülər yayılıb.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, Moskvadakı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənovun Rusiya Federasiyası vətəndaşlığı ötən il ləğv olunub. Bu ilin iyun ayında o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq miqrantların müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib.
Mənbə: www.bakupost.az