Mağazadan oğurluq edən şəxs yaxalanıb

Mağazadan oğurluq edən şəxs yaxalanıb

Bərdə rayonunda mağazadan oğurluq edən şəxs yaxalanıb.

Redaktor.az xəbər verir ki, ötən il noyabrın 10-da rayon ərazisindəki mağazaların birindən 1500 manat dəyərində danışıq kartı, spirtli içki, meyvə şirəsi və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V. Bəndəliyev Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

 

Mənbə: redaktor.az