Korona peyvəndi olan şəxsdən virus başqasına keçə bilərmi?- MARAQLI MƏQAM

Korona peyvəndi olan şəxsdən virus başqasına keçə bilərmi?- MARAQLI MƏQAM

Məlumdur ki, istənilən peyvənd zamanı orqanizmə bir qədər virus yükü yeridilir. Yəni koronavirus peyvəndində insane cüzi miqdar ölü koronavirus ötürülür. Bu zaman orqanizmdə ona qarşı antitellər yaranır.

Bəs peyvənd olunmuş şəxsin ağız suyu, nəfəsi, burnundan ailəsinə, yaxınlarına bu virus keçə bilərmi? Yəni vaksin vurulmuş şəxs gizli daşıyıcı ola bilərmi?
"Medicina.az"həkimlərdən bu suala açıqlama alıb.

Bildirilib ki, vaksin vurulan şəxs koronaviruslu hesab edilmir. Əksinə o özü 14 gün ərzində kimdənsə yoluxa bilər. Ona görə özünü qorumalıdır.

Zərdab qolda, əzələ daxili vurulduğu üçün burun-boğazda olmur və kimisə yoluxdurma şansı sıfıra bərabərdir. Üstəlik şprisdə ölü virusdur, canlı deyil.

Lakin peyvənd olunan insan antiteli olduğu üçün sonradan virusa yoluxduqda, xəstəliyi yüngül və simptomsuz keçirə biləcəyindən, gizli daşıyıcı ola bilər. Yəni o yoluxur, simptom olmur, bilmir və ətrafını yoluxrdurur

Belə bir əks gediş gözləniləndir.

Xatırladaq ki, koronavirus başlayandan gizli daşıyıcı kimi uşaqlar təhlükəli idi və onlar böyükləri yoluxdururdu.
 

Mənbə: sonxeber.az