Oqtay Gülalıyevi vuran sürücüyə hökm oxunub

Oqtay Gülalıyevi vuran sürücüyə hökm oxunub

Keçirdiyi avtomobil qəzasından sonra uzun aylardır ki, komada olan hüquq müdafiəçisi Oktay Gülalıyevi vuran sürücüyə hökm oxunub.

Cebhe.info xəbər verir ki, sürücü Kənan Abdullayev barəsində bu gün məhkəmə hökmü elan olunub. K.Abdullayev 2 il 3 ay müddətinə həbs və 3 il müddətinə sürücülük hüququndan məhrum edilib.

Bu barədə Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev məlumat yayıb.

T.Gülalıyev bildirib ki, atasının indiki durumda olmasının əsas səbəbkarları həkimlərdir.

Xatırladaq ki, O.Gülalıyev Heydər Əliyev Fondu tərəfindən müalicə üçün Türkiyəyə göndərilib, orada bir neçə dəfə əməliyyat olunub. Hazırda müalicəsi Bakıda ev şəraitində davam etdirilir.

 

Mənbə: cebhe.info