Azərbaycanın axtarışa verdiyi nazir müşaviri istefa verdi

Azərbaycanın axtarışa verdiyi nazir müşaviri istefa verdi

Rusiya nəqliyyat nazirinin müşaviri, əvvəllər Azərbaycan əleyhinə açıqlamalar verən Aleksey Çadayev vəzifəsindən istefa verib.

Bu barədə o, Telegram kanalında yazıb.

"Rusiya Nəqliyyat Nazirinin müşaviri vəzifəsindən istefa vermək qərarına gəldim", - Çadayev qeyd edib.
Xatırladaq ki, Aleksey Çadayev avqustun 17-də Azərbaycanın Baş Prokurorluğunun terrorizm çağırışlarına görə beynəlxalq axtarışa verdiyi 3 Rusiya vətəndaşından biridir.

Mənbə: www.bakupost.az